Ərdoğan Bakıya gəlir

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. ANS PRESS-in Türkiyə Baş Nazirliyinin rəsmi səhifəsinə istinadla verdiyi məlumata görə, səfər oktyabrın 16-da baş tutacaq.
Baş nazir Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısına qatılacaq.