Gürcü müxalifəti rus ordusunun edə bilmədiyini etdi

Rusiyanın “Novaya qazeta” nəşri Gürcüstandakı seçkilərlə bağlı yazı dərc edib. Yazının oxucularımız üçün də maraqlı olacağı qənaəti ilə onu təqdim edirik.

Yuliya Latınina

Parlament seçkiləri ərəfəsində Gürcüstanda miqyasına görə Rusiya-Gürcüstan müharibəsindən əvvəlkilərdən xeyli geniş olan təlimlərə başlayan Rusiya hərbçilərinə Gürcüstan müxalifətinin köməyinə gəlmək lazım olmayacaq; gürcü müxalifəti isə söz azadlığı müdafiəçisi Putindən qanlı tiran Saakaşviliyə qarşı kömək istəməli olmayacaq. Gürcüstün xalqı özü qələbəni müxalifətə verdi və Putinin çatdırıb edə bilmədiyini etdi.
Gürcüstan yenidən Rusiyaya dərs verdi və “kasıb ölkədə demokratiya və ümumi seçim hüququnun dövlət və iqtisadiyyatda radikal islahatlarla bir araya gələ bilərmi” sualını cavablandırdı.
Doqquz il əvvəl, 2003-cü ildə Tbilisidə işıq, istilik və sfetofor yox idi. Doqquz il əvvəl Tbilisidə özü, maşını, qohumu ya dostu qarət edilməyən adam tapmaq mümkün deyildi. On il əvvəl Svanetiyada iri elektrik ötürücü xəttin yanında gözəl gürcü ailəsi yaşayırdı. Bu ailənin pulu çatmayanda sadəcə olaraq avtomatı qaldırıb elektrik xətlərinə atəş açırdı. Bundan sonra prezident Şevardnadze pul ayrılması ilə bağlı xüsusi fərman verirdi ki, hansısa ailə elektrik xətlərinə atəş açmasın. On il əvvəl Gürcüstanda sürgündə olan, Abxaziya polisi də daxil olmaqla, yarımdüjin güc strukturu var idi. Onların hamısı adam oğurluğu, narkotik alveri ilə məşğul idi. Din rəhbəri isə qanuni oğrunu yola salmaq üçün hava limanına gedirdi.
Indi Gürcüstanda cinayətkarlığın səviyyəsi dünyada ən aşağıdır. Bu gün Gürcüstanda polisə inam – dünyada ən yüksək yerlərdən birindədir. Bu gün “Gecə küçədə özünüzü təhlükəsiz hiss edrsinizmi?” sualına cavabda Gürcüstan dünyada birinci yerdədir.
Birinci şəxsləri Rusiyada 90-cı illərin əvvəllərində pul qazanan qanuni oğru və korrupsiyalaşmış milyarderlər olan mafioz dövlətdən Gürcüstan infrastrukturunun şəffaflıq dərəcəsinə görə dünyanın ən yaxşı ölkələrindən birinə çevrildi.
Məlum olur ki, gürcü seçici üçün bu heç nə demək deyilmiş. Seçicilərin yarıdan çoxu həmin qanuni oğruları (cənab Xaindravanın Fransada qanuni oğrularla görüşü nəyə deyirsən dəyər, seçki qabağı onlar orda nəyisə müzakirə edirdi), həmin 90-cı illərdəki rus-gürcü milyarderləri, Şevardanzde dövrünün bandit-məmurlarını təmsil etdiyini danmayan heyranedici “Gürcü arzusu” adlı müxalifətə səs verdi.
Başa düşürsüz, “Arzu”, Gürcü arzusu – divanda uzanasan və sənə paltaryuyan maşın hədiyyə etsinlər. Dah yaxşısı – mənzil. Ondan yaxşı – təyyarə. Ancaq bu, əlbəttə, gürcü arzusu yox, lümpen arzusudu.
Böyük hesabla Gürcüstan eksperimenti başa çatıb. Növbəti prezident seçkilərində kimin qalib gələcəyi elə də əhəmiyyətli deyil. Hakim partiya qalib gəlsə, hakimiyyəti qorumaq üçün dövlətin öhdəsində olanları yedirtmək üçün sosial güzəştlərə getməli olacaq; Ivanaşvili qalib gəlsə isə, bunun üçqat artığı olacaq. Dövlətin öhdəsində olanları yedirtməyə nə qədər çox pul getsə, seçicinin işləmək niyyəti bir o qədər də azalacaq. Nə qədər çox seçici hesab etsə ki, ona borcludurlar, bu borcu verən məmurların sayı bir o qədər çox olacaq. Nə qədər çox belə məmur olsa – bir o qədər çox korrupsiya olacaq. Korrupsiya nə qədər çox olsa – məmurlardan asılı olan insanların dairəsi bir o qədər geniş olacaq.
Bu müştəri qatının mövcudluğu Yeltsin Rusiyasında da, müstəqil Gürcüstanda da islahatları məhv edən əsas səbəbdir.
Islahatlarda müharibədə olduğu kimidir – bütün addımlar çox sadədir, ancaq hər sadə addım çox çətindir. Gürcüstan cəmiyyəti bütövlükdə Saakaşvilinin islahatlarından qazandı, ancaq onun ən qüdrətli sinifləri və ən varlı qrupların maraqları (qanuni oğrular, korrupsiyalaşmış məmurlar, Tbilisi ziyalıları) – uduzdu. Dövlətin şəffaflığı və oyun qaydalarının bərabərliyi Saakaşviliyə özü üçün ona hər şeydə borclu olan (tonton-makutların Düvalyeyə, yaxud Rusiya güc strukturlarının Putinə borcu olduğu kimi) müştəri qrupu yaratmağa imkan vermədi. Onlar yalanla, zorakılıqla, hər şeyə əl atmaqla sübut etməyə çalışardı ki, məhz bu partiya və bu rəhbər – rəhbərlərin ən yaxşısıdır.
Məhz buna görə dövlət şəffaf idi. Saakaşvili dövlətə öz cibini doldurmaq vasitəsi kimi baxan keçmiş silahdaşlarından yaxasını qurtarmaq məcburiyyətində qaldı. Bu silahdaşlar da müxalifətin sıralarına keçərək ağızlarına gələni danışırdı; məhz ona görə ki, dövlət şəffaf idi, Saakaşvili dövlətə cibinə doldurmaq üçün vasitə, Gürcüstana isə – üsyançı mülk kimi baxan Kremllə savaşdı. Putin Saakaşvili ilə ilk görüşdə dediyi nə idi? “Sizin əla təhlükəsizlik naziriniz var, Xaburdzaniya. Onu işdən azad etməyin”. Əlbəttə ki, Xaburdzaniya işdən azad edildi. Putinin acığına deyil, ona görə ki, şəffaf dövlətin təhlükəsizlik qurumunun başında oğru və xarici casus dayana bilməz.
Səkkiz ilə dövləti şəffaf etmək olar – ancaq səkkiz ilə diktator-rəhbər istəyən kütləni anlaqlı etmək mümkün deyil.
Gürcü seçici Putinin edə bilmədiyini etdi: Gürcüstanın gələcəyini məhv etdi. Kasıb ölkədə ümumi seçici hüququ ilə dövlət və iqtisadiyyatın radikal islahatları bir araya sığmır. Ya da pis sığır. Güman edirəm ki, Navalnı hakimiyyətə gəlsə – bundan dərs çıxaracaq.