Əsəd Hələbə 30 minlik qoşun göndərir

Suriya diktatoru şəhərin müdafəsini gücləndirir

Suriya diktatoru Bəşər Əsəd hökumət qüvvələriylə üsyançıların ölüm-dirim savaşı apardığı Hələb şəhərində olub. “Əl-Diyar” qəzetinin yazdığına görə, Bəşər Əsəd səhər saatlarında hərbi vertolyotla Dəməşqdən Hələbə yollanıb. Suriya diktatoru hökumət qüvvələrinə dəstək məqsədiylə şəhərə 30 minlik hərbi kontingent göndərilməsi barədə təlimat verib.