Qalmaqallı video bölgələrdə də müzakirə olunub

AXCP rəhbərliyi Balakən və Oğuzda olub

AXCP rəhbərliyinin bölgələrə səfərləri davam edir. Dünən  AXCP Ali Məclisinin sədri Həsən Kərimov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı, Asəf Quliyev, partiyanın Rəyasət Heyətinin üzvü Eldar Hüseynov Balakən və Oğuz rayonlarında olublar.
Hər iki rayonda Ictimai Palatanın, eyni zamanda AXCP yerli şöbələrinin toplantılarında iştirak ediblər. Yerli müxalifətçilər məlum rüşvət videosu ilə bağlı məsələni müzakirə edərək parlamentin buraxılması tələbilə çıxış ediblər. Və kütləvi aksiyaların keçirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, Müsavatçı fəal Nigar Yaqublunun sifarişlə həbsdə saxlanmasını pislənilib və onun tezliklə azadlığa buraxılmasını tələb edən bəyanat qəbul edilib.
AXCP yetkililərinin səfərləri bu gün davam edəcək.