Gülər Əhmədova siyasi birjanın yeganə brokeri deyil

Eldar Namazov: “Bu biabırçılığa görə təcili olaraq bütün sistemi dəyişmək lazımdır”

“Baş rolda deputat Gülər Əhmədovanın və fəaliyyəti qadağan edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin olduğu qalmaqallı videoçarx yerli siyasi durum haqda daha dərin təsəvvür yaratdı, nəinki bu mövzuda yazılan yüzlərlə dissertasiya”,- “Azərbaycan Naminə” Forumun sədri Eldar Namazov “Obyektiv” TV-yə müsahibəsində deyib.
Dövlət başçısı katibliyinin keçmiş rəhbərinin sözlərinə görə, bu videodan əvvəl adamlar yalnız güman edirdilər ki, 125 deputatın bir seçicisi (sahib) var. Onun yanında şura var və bu şuranın üzvləri vasitəçiliklə məşğuldur-parlament siyahılarına “gəlirli” və “etibarlı” fəal siyasi vətəndaşları daxil etmək. Danışıqlardan görünür ki, G.Əhmədova “siyasi birjanın yeganə brokeri” deyil.
E.Abdullayev kiminlə “işləməyin” asan olduğu adamların adlarını açıqlayır və deputat kreslosuna görə bir milyon dolları yüksək qiymət hesab edir. Sonra ticarətlə bağlı danışıqların sxemi gəlir- “səhər pul, axşam stul”, “dünən üç, bu gün beş”- sovet klassikasında olduğu kimi.
Videoçarx bütün aspektlərdən maraqlıdır- siyasi, hüquqi, sosial, mənəvi. Bu, Baş Prokurorluğa bir neçə ay əvvəl təqdim olunub, lakin qanunun prioritetliyinə nəzarət gözlədi ki, video sosial şəbəkələrdə yayılsın. Bu biabırçılığa görə təcili olaraq bütün sistemi dəyişmək lazımdır. Bundan sonra məlumdur ki, parlament və bələdiyyə seçkiləri hakimiyyətin total korrupsiyaya uğramış vahid qolu fonunda aktual deyil. Qanunverici, məhkəmə daxil olmaqla, digər qollar (hələ “dördüncü”dən danışmırıq) “ailə” icra hakimiyyətinin əlavəsidir. Yerli hakimiyyət tarixi baxımdan mövcud olan idarə formalarının hibrididir. Burada mağara, tayfa, quldarlıq, orta əsrlər və təbii ki, kommunizm qalıqları var.
Politoloqun sözlərinə görə, onun özü iki dəfə Gülər Əhmədova ilə eyni seçki dairəsində namizədliyini irəli sürüb və ikisində də “exit-poll” onun xeyrinə 90-10% nisbətini üzə çıxarıb. Lakin rəqəmlərin manipulyasiyası nəticəsində G.Əhmədova deputat elan edilib. E.Namazov əmindir ki, videoçarxın davamı Youtube-da yerləşdiriləcək. “Bu, G.Əhmədovaya verilən pulun məbləği ilə bağlıdır. E.Abdullayev ictimaiyyətə müraciətində deputata verilən 2 milyon dollardan danışır, videoda isə 500 mindən söhbət gedir”,- E.Namazov vurğulayıb.