KXCP sədri haradadır?

Bəybala Əbil: “Mirmahmud Mirəlioğlu Azərbaycandadır, şəxsi məsələləri ilə məşğuldur”

“KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycandadır. O, məzuniyyətə çıxıb və şəxsi məsələləri ilə məşğuldur”.
Bunu APA-ya KXCP Ali Məclisinin sədri, hazırda partiya sədrinin səlahiyyətlərini icra edən Bəybala Əbil deyib.
O, M.Mirəlioğlunun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilməsi, ölkədən qaçması, axtarışda olması və KIV-də yayılmış digər neqativ məlumatları təkzib edib: “Mən onun ailə üzvləri ilə danışıram, salamatçılıqdır. Lazım olanda özü ilə də danışıram. Amma özünü çox narahat etmək istəmirəm. Yəqin beş-on günə məzuniyyətdən qayıdıb, mətbuata açıqlama verəcək”.