Gürcüstan hökuməti və …

Dəyərli oxucular! Bugünkü Gürcüstan hökuməti haqqında nə bilirik? Onun üzvlərini tanıyırıqmı? Üzvlərin say və cins tərkibi necədir? Onların yaşları və keçmiş görəvləri haqqında məlumatımız varmı? Aşağıda, qismən də olsa, bu suallara cavab tapacaqsınız. Oxuyun, bugünkü Azərbaycan və Gürcüstan hökumətlərində vəziyyətin necə olduğunu özünüz qiymətləndirin.

Bugünkü Gürcüstan hökuməti

İvane Merabişvili – baş nazir (2012-ci ilin iyunundan). 1968-ci ildə anadan olub (44 yaş). 2004-cü ildə (7 iyun – 18 dekabr) milli təhlükəsizlik naziri, 2004-2012-ci illərdə daxili işlər naziri vəzifəsində çalışıb.

Tornike Qordadze – Avroatlantika məsələləri üzrə dövlət naziri, baş nazirin müavini (2012-ci ilin avqustundan). 1975-ci ildə anadan olub (37 yaş).

Yekaterina Tkeşelaşvili – Reinteqrasiya məsələləri üzrə dövlət naziri, baş nazirin müavini  (2010-cu ilin noyabrından). 1977-ci ildə anadan olub (35 yaş). 2007-2008-ci illərdə ədliyyə naziri, 2008-ci ildə (5 may – 5 dekabr) baş prokuror və xarici işlər naziri,  2008-2010-cu illərdə təhlükəsizlik məsələləri üzrə dövlət katibi vəzifəsində çalışıb.

Aleksandr Xetaquri – maliyyə naziri (2012-ci ilin iyunundan). 1976-cı ildə anadan olub (36 yaş). 2004-2007-ci illərdə energetika nazirinin müavini, 2007-2012-ci illərdə energetika naziri vəzifəsində çalışıb.

Qriqol Vaşadze – xarici işlər naziri (2008-ci ilin dekabrından). 1958-ci ildə anadan olub (54 yaş). 2008-ci ildə qısa müddət idman və gənclər naziri vəzifəsində çalışıb.

Yekaterina Zquladze – daxili işlər naziri (2012-ci ilin sentyabrından). 1978-ci ildə anadan olub (34 yaş). 2006-2012-ci illərdə daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.

Dmitri Şaşkin – müdafiə naziri (2012-ci ilin iyulundan). 1975-ci ildə anadan olub (37 yaş). 2009-2012-ci illərdə təhsil naziri vəzifəsində çalışıb.

Mirza (Papuna) Davitaya – diaspora məsələləri üzrə dövlət naziri (2009-cu ilin dekabrından). 1975-ci ildə anadan olub (37 yaş).

Daliya Xomeriki – Zəbt olunmuş ərazilərdən məcburi köçürulmüş şəxslər və qaçqınların işi üzrə nazir (2012-ci ilin iyulundan). 1971-ci ildə anadan olub (41 yaş). 2009-2012-ci illərdə Abxaziya MR-in Tbilisidə fəaliyyət göstərən Nazirlər Kabinetinin mədəniyyət və təhsil naziri vəzifəsində çalışıb.

Paata Trapaidze – məşğulluq üzrə dövlət naziri (2012-ci ilin iyulundan). 1958-ci ildə anadan olub (54 yaş).

Veronika Kobaliya – iqtisadi inkişaf naziri (2010-cu ilin iyulundan). 1981-ci ildə anadan olub (31 yaş).

Laşa Mqeladze – regional inkişaf və infrastruktur naziri (2012-ci ilin sentyabrından). 1979-cu ildə anadan olub (33 yaş). 2011-2012-ci illərdə regional inkişaf və infrastruktur nazirinin müavini vəzifəsində çalışıb.

Xatiya Dekanoidze – elm və təhsil naziri (2012-ci ilin iyulundan). 1977-ci ildə anadan olub (35 yaş). 2008-2012-ci illərdə Gürcüstan DİN Polis Akademiyasının rektoru vəzifəsində çalışıb.

Zurab Çiaberaşvili – səhiyyə, əmək və sosial müdafiə naziri (2012-ci ilin martından). 1972-ci ildə anadan olub (40 yaş). 2003-2004-cü illərdə Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsində çalışıb, 2004-2012-ci illərdə diplomatik fəaliyyətlə məşğul olub.

Zaza Qoroziya – kənd təsərrüfatı naziri (2011-ci ilin oktyabrından). 1975-ci ildə anadan olub (37 yaş).

Zurab Adeişvili – ədliyyə naziri (2008-ci ilin noyabrından). 1972-ci ildə anadan olub (40 yaş). 2003-2004-cü illərdə ədliyyə naziri, 2004-2008-ci illərdə baş prokuror vəzifəsində çalışıb.

Giorgi Tuquşi – cəzaların icrası və hüquqi yardım üzrə nazir (2012-ci ilin sentyabrından). 1977-ci ildə anadan olub (35 yaş). 2009-2012-ci illərdə Gürcüstan Respublikası İnsan Hüquqları Müvəkkili (Ombudsman) vəzifəsində çalışıb.

Vladimir Vardzelaşvili – idman və gənclər naziri (2010-cu ilin iyunundan). 1979-cu ildə anadan olub (33 yaş).

Bu da bugünkü Azərbaycan hökuməti

Artur Rasi-zadə – 1996-cı ildən baş nazir (16 il). 77 yaş.

Abbas Ələsgərov – 2007-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri (5 il). 75 yaş.

Abid Şərifov – 1995-ci ildən baş nazirin müavini (17 il). 72 yaş.

Elçin Əfəndiyev – 1993-cü ildən baş nazirin müavini (19 il). 69 yaş.

Arif Vəliyev – 1993-cü ildən Dövlət Statistika Komitəsinin sədri (19 il). 69 yaş.

Yaqub Eyyubov – 1999-cu ildən baş nazirin müavini (13 il). 67 yaş.

Misir Mərdanov – 1998-ci ildən təhsil naziri (14 il). 66 yaş.

Kamran İmanov – 2005-ci ildən Müəllif Hüquqları Agentliyinin sədri (2 il fasilə ilə, 5 il). 66 yaş.

Natiq Əliyev – 2005-ci ildən sənaye və energetika naziri (7 il). 65 yaş.

Qərib Məmmədov – 2001-ci ildən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri (11 il). 65 yaş.

Əli Həsənov – 1998-ci ildən Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri (14 il). 64 yaş.

Ramil Usubov – 1994-cü ildən daxili işlər naziri (18 il). 64 yaş.

Yavər Camalov – 2006-cı ildən müdafiə sənayesi naziri (6 il). 63 yaş.

Səfər Əbiyev – 1995-ci ildən müdafiə naziri (18 il). 62 yaş.

Oqtay Şirəliyev – 2005-ci ildən səhiyyə naziri (7 il). 62 yaş.

Ziya Məmmədov – 2002-ci ildən nəqliyyat naziri (10 il). 60 yaş.

Əli Abbasov – 2004-cü ildən rabitə və informasıya texnologiyaları naziri (8 il). 59 yaş.

İsmət Abbasov – 2004-cü ildən kənd təsərrüfatı naziri (8 il). 58 yaş.

Fikrət Məmmədov – 2000-ci ildən ədliyyə naziri (12 il). 57 yaş.

Hicran Hüseynova – 1999-cu ildən Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri (13 il). 57 yaş.

Hüseynqulu Bağırov – 2001-ci ildən ekologiya və təbii sərvətlər naziri (11 il). 57 yaş.

Eldar Mahmudov – 2004-cü ildən milli təhlükəsizlik naziri (8 il). 56 yaş.

Əbülfəs Qarayev – 2006-cı ildən mədəniyyət və turizm naziri (6 il). 56 yaş.

Aydın Əliyev – 2006-cı ildən Dövlət Gömrük Komitəsinin sədri (6 il). 55 yaş.

Füzuli Ələkbərov – 2006-cı ildən əmək və əhalinin sosial müdafiəsi naziri (6 il). 54 yaş.

Elmar Məmmədyarov – 2004-cü ildən xarici işlər naziri (8 il). 52 yaş.

Samir Şərifov – 2006-cı ildən maliyyə naziri (6 il). 51 yaş.

Kəmaləddin Heydərov – 2006-cı ildən fövqəladə hallar naziri (6 il). 51 yaş.

Ramiz Həsənov – 2005-ci ildən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri (7 il). 51 yaş.

Səlim Müslümov – 2002-ci ildən Dövlət Sosial Müdafiə Fondunun sədri (10 il). 51 yaş.

Bəhram Xəlilov – 2005-ci ildən Dövlət Qulluğu Məsələləri Komissiyasının sədri (7 il). 50 yaş.

Nazim İbrahimov – 2002-ci ildən Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri (10 il). 49 yaş.

Fazil Məmmədov – 2000-ci ildən vergilər naziri (12 il). 48 yaş.

Azad Rəhimov – 2006-cı ildən gənclər və idman naziri (6 il). 48 yaş.

Şahin Mustafayev – 2008-ci ildən iqtisadi inkişaf naziri (4 il). 47 yaş.

İskəndər Çəndirli – 2005-ci ildən Satınalmalar üzrə Dövlət Agentliyinin sədri (7 il). 47 yaş.

Kərəm Həsənov – 2005-ci ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri (7 il). 43 yaş.

Rüfət Aslanlı – 2008-ci ildən Qiymətli Kağizlar üzrə Dövlət Komitəsinin sədri (4 il). 42 yaş.

Elşad İsgəndərov – 2012-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (4 ay). 40 yaş.