QOÇ
Bu gün əyləncəyə meyilli olacaqsınız. Ortaqlı pul mövzularında çətinlik çəkəcəyiniz bildirilir. Bu gün inadçı olacaqsınız. Şəxsi müstəvidə vəziyyət pis olmayacaq.
BUĞA
Sevdiyiniz insanla kiçik mübahisələriniz ola bilər. Inadçılığı kənara qoyaraq, “Mən hər şeyi bilirəm” ifadəli rəftardan uzaq durun. Əks halda münasibətləri korlaya bilərsiniz.
ƏKIZLƏR
Yaxın ətrafınızla iş mövzusunda razılaşmada çətinlik çəkəcəksiniz. Xüsusilə də bunun qarşı cinslə olacağı gözlənilir. Bəzi əlaqələriniz səhhətinizə mənfi təsir edəcək.
XƏRÇƏNG
Əyləncə və uşaqlara sərf edəcəyiniz xərcləmələr gözlənilir. Eşq macərası yaşadığınız adamın eyni hissləri yaşamadığını fərq edəcəksiniz.
ŞIR
Bu gün ailənizlə razılaşmaqda çətinliklər olacaq. Enerjinizi və sevginizi özünüzə yönəltdiyiniz bu dövrdə, ailənizin sizi anlamadığını düşünə bilərsiniz. Ulduzlar sizi də onları anlamağa çağırır.
QIZ
Yaxın ətrafınızla olan əlaqələrinizdə bəzi gərginliklər yaşaya bilərsiniz. Bu bir az da özünüzü geri çəkmənizdən və diqqətsizliyinizdən qaynaqlanır.
TƏRƏZI
Pul mövzusunda bəzi anlaşılmazlıqlarınız ortaya çıxacaq. Qadınlarla və ya kişilərlə olan maddi əlaqələrinizə diqqət yetirməniz lazımdır. Heç istəmədiyiniz halda xərcləmələriniz arta bilər.
ƏQRƏB
Göz önündə olacağınız mühitdə qarşı cinslə razılaşmaqda çətinlik çəkəcəksiniz. Bu da iş əlaqələrinizə mənfi təsir edəcək. Şəxsi planlarınızı işləriniz üzündən təxirə sala bilərsiniz.
OXATAN
Əks cinsin nümayəndəsilə olan əlaqələrinizdə gərginliklər yaşanacaq. Səyahətdə və ya təhsildə xoşunuza gedən bir insanla gizli bir eşq yaşayacağınız ehtimalı var.
OĞLAQ
Yoldaşlarınızla aranızda pul mövzusunda bəzi anlaşılmazlıqlar yaşanacaq. Yaxşı olar ki bu gün borc almayın və ya verməyin.
DOLÇA
Şəxsi müstəvidə bəzi problemlər, mübahisələr gözlənilir. Sevdiyiniz insanla birlikdə hamının gözü qarşısında inadçılıqdan qaçınmanız məsləhətdir.
BALIQLAR
Bu gün işlə bağlı əlaqələrinizdə bəzi çətinliklər və gərginliklər yaşamanız mümkündür. Işlə bağlı bir səyahət və ya təhsil fürsətinizi əldən qaçıra bilərsiniz. Qarşı cinslə olan əlaqələrinizdə diqqətli olun.

Günün ulduz falı (28.09.12)
•