Bu da Gülər Əhmədovanın seçki saxtakarlığı videosu

Gündəmin əsas mövzusu ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə deputat Gülər Əhmədovanın mandat sövdələşməsinə dair birincinin göndərdiyi və ilk dəfə olaraq “Azadlıq”da yayımlanan videokadrdır.
Sosial şəbəkələrin bir nömrəli söhbətinə çevrilən bu mövzu ətrafında əlavə məlumatlar və oxşar kadrlar yayılır, adları çəkilən şəxslər, xüsusən də Gülər Əhəmədova ilə bağlı olub-keçən maraqlı faktlar yada salınır. Bunlardan biri də G.Əhmədovanın necə saxtakarlıqla deputat seçildiyini əks etdirən videokadrdır.
Belə ki, 2010-cu ildə parlament seçkilərində 34 saylı Xətai ikinci seçki dairəsindən namizəd olmuş G.Əhmədovanın xeyrinə həmin dairənin 12 saylı mənətəqəsində komissiya üzvlərinin necə topa-topa bülletenlər hazırlayıb işarələdiklər lentə alınıb və o zaman xanım deputatın rəqibi olmuş Azər Həsrət tərəfindən hazırlanaraq youtube portalına yerləşdirilib. İndi isə həmin videokadr social şəbəkələrdə təkrar yayılıb.
Həımin videokadrı təqdim edirik:

 

Ramin DEKO