bmt-ts

Azrəbaycan BMT-də ağılasığmaz mövqe tutdu

bmt-tsRəsmi Bakı uşaqların müharibə qurbanlarına çevrilməsinə qarşı sənədə Rusiya və Çinlə birlikdə səs vermədi

BMT Təhlükəsizlik Şurasının srağagün keçirilən toplantısında silahlı konfliktlər zamanı uşaqlara qarşı zorakılıqları, uşaqların öldürülməsi və onlardan istifadə olunmasını pisləyən qətnamə qəbul edilib. “Associated Press” agentliyinin xəbərinə görə, qətnamənin lehinə 11 ölkə səs verib. Rusiya, Çin, Pakistan və Azərbaycan isə bitərəf qalıb. Bitərəf qalan ölkələr qərarlarını qətnamənin BMT TŞ-nın mandatını aşmasıyla əlaqələndiriblər.

Sənəddə uşaqlara qarşı zorakılıqlarda iştrirak edənlərin yerli və beynəlxalq məhkəmə qarşısına çıxarılmasına çağırışlar edilib. BMT TŞ həmçinin uşaqlara qarşı zorakılıqda adı hallanan dövlət, terror təşkilatları və fiziki şəxslərə yönəlik sanksiyaların tətbiqini də nəzərdə tutur.
BMT-nin uşaq hüquqları üzrə xüsusi nümayəndəsi Leyla Zərruqi TŞ-nı Suriyada uşaqlara qarşı zorakılıqlarda adı hallananların cəzalandırılmasına dair sərt mövqe sərgiləməyə çağırıb.