“İRNA” agentliyinin rəhbəri anti-islami fəaliyyətdə şübhəli bilinir
İran prezidenti Mahmud Əhmədinejadın əsas müşavirlərindən biri, rəsmi dövlət agentliyi “İRNA”nın rəhbəri Əli Əlbər Cavanfikr həbs olunaraq zindana salınıb. “İRNA” agentliyinin xəbərinə görə, Cavanfikr Əhmədinejad BMT Baş Assambleyasında çıxış edərəkən saxlanılıb. Xəbərdə deyilir ki, prezidentin müşaviri Tehrandakı Evin həbsxanasına aparılıb. O, islam ənənələrini təhqir edən materialları yaymaqda günahlandırılır.