Nyu-York qəzeti Zülfüqarlı qardaşlarından yazdı

Azərbaycanda Xodorkovskinin kölgəsi

Zülfüqarlı qardaşlarının işi artıq beynəlxalq miqyas alır. Nüfuzlu “Veçerniy Nyu-York” qəzeti azərbaycanlı iş adamlarının əmlakının zorla əlindən alınması və arxasında məmurların dayandığı Rasim Məmmədov adlı birisinin qaragüruhçu qruplaşmasının törətdiyi özbaşınalıq barədə yazıb. Yazıda Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılovun da fikirlərinə yer ayrılıb. Maraqlıdır ki, Qərb icmalçıları bu işi qəzəbə tuş gəlmiş oliqarx Xodorkovskinin işi ilə müqayisə edir.

Azərbaycan krallığında hər şey yaxşı deyil

Azad sahibkarlıq sahəsində Azərbaycanın reytinqi aşağıdır. ABŞ-ın “Neritage Foundation” mərkəzinin hesablamalarına görə, iqtisadi azadlıqlar indeksinə görə Azərbaycan 123-cü yerdə qərarlaşıb, onun əsas rəqibi Ermənistan 27, Gürcüstan isə 68-ci yerdədir. Azərbaycanda hökumətin sahibkarların işinə müdaxiləsinin yüksək səviyyəsi müşahidə olunur.
Situasiya Rusiyada Mixail Xodorkovski işi ilə bağlı hadisələri xatırladır. Parlament seçkilərindən sonra Azərbaycanda hökumət iri sahibkarlarla olduqca sərt davranmağa başladı, o cümlədən cinayət təqibi oldu.

Zülfüqarşı qardaşlarının işi

Məsələn, Nurəddin və Loğman Zülfüqarlı qardaşları zorla pul tələb etməkdə günahlandırıldı, onların vəkili Aslan Ismayılovu isə həbslə hədələdilər.
1993-cü ilə qədər Zülfüqarlı qardaşlarının Rusiyada ailə biznesi var idi. Prezident Heydər Əliyevin çağırışı ilə onlar Azərbaycana gəlib iqtisadiyyata iri investisiya yatırdı.
2002-2003-cü illərdə qardaşlar “Bakıelektroştamp” və “Baku Steel Kompany” şirkətlərinin səhmlərini aldı. 2006-cı ilə onlar müəssisəyə təxminən 19 mln. dollar yatırmışdı və sovet vaxtından qalan bütün borcları ödəmişdi. Minlərlə adam işlə təmin edildi, ən müasir avadanlıqlar tətbiq edilməyə başlandı.
Ancaq vəkil Aslan Ismayılovun dediyinə görə, 2005-ci ilin dekabr ayında Nurəddin MTN-ə dəvət edilib və ondan “könüllü” olaraq zavodlardan imtina etmək tələb edilib. Bu zaman ona işarə edilib ki, zavodu “yüksək səviyyəli şəxslər” əldə etmək istəyir. Buna razılaşmayacağı təqdirdə isə qardaşlara qarşü güc tətbiq edilə bilər. Həqiqətən də qardaşlar razılaşmadığı halda onlar həbs edildi. Dörd ay həbsdə qalandan sonra onları satış barədə sənədi imzalamaq məcbur edə bildilər. Onların müəssisəsi Gəray Məmmədov adlı şəxsin adına rəsmiləşdirilir (səhmlərin 80%-i).

Vəkilin danışdıqları

Ötən illər ərzində münaqişə tərəfləri arasında müxtəlif aydınlaşdırmalar gedirdi. 2010-cu ilin dekabr ayında Mehdiyev oliqarxiyasının üzvü, həmin vaxta “Bakı Poladtökmə”nin nominal rəhbəri olan Rasim Məmmədov Zülfüqarlı qardaşlarının ofisinə gələrək onlardan səhmlərin qalan 20%-ni və ölkədən getməyi tələb edib. Məmmədov qardaşların “Bakı Poladtökmə”yə aidiyyəti omayan digər mülkiyyətini də zəbt edib.
Qardaşların Azərbaycanı tərk etməkdən başqa seçimi qalmayıb. 2011-ci ilin yanvarında onlar Məmmədov və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, DIN, Baş prokurorluqa qarşı iddia qaldıraraq qanunsuz həbslərinə görə kompensasiya tələb edib.
Ancaq dəfələrlə məhkəməyə müraciətlər nəticəsiz qalıb və qeyri-rəsmi söhbət zamanı hakim belə məsələlərin yuxarı dairələrdə həll olunduğunu və hakimlərin gücsüz olduğunu deyib. “Mən korrupsiya ilə qarşı mübarizə idarəsinə apelyasiya təqdim edəndə müraciətlərimin heç birinə cavab vermədilər” – deyə A.Ismayılov davam edir. Bu da aydındı. Çünki komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri, üzvləri isə baş prokuror, daxili işlər və ədliyyə naziridir. Respublikanın Ali Məhkəməsi isə bu işə baxmaqdan imtina edib. Səbəb kimi isə Korrupsiya qarşı Mübarizə Idarəsinin rəsmi orqan olmadığını göstərib.