ABŞ konqresmeni: “Sepah Azərbaycanda terrora cəhd edib”

Amerikalı konqresmen Sendi Levin Avropa İttifaqını “Hizbullah”ı terrorçu təşkilat kimi tanımağa çağırıb. Konqresmen bildirib ki, ötən il “Hizbullah” və onun İslam İnqilabı Keşikçiləri Korpusundan olan tərəfdaşlarının ABŞ, Türkiyə, Pakistan, Tayland, Azərbaycan, Hindistan, Gürcüstan, Kenuya, Kipr və Bolqarıstanda terror cəhdlərində əli olub. Bu barədə  konqresmenin ofisindən “Turan”ın müxbirinə bildirilib.

“Hizbullah” Avropa vətəndaşlarına, əsgər və diplomatlara, həmçinin Avropada yaşayan, işləyən və səyahət edən amerikalılara, israillilərə qarşı terror aktlarının törədilməsi ilə bağlı uzun tarixə malikdir”, – konqresmenin Aİ Şurasında sədrlik edən Kipr hakimiyyətinə ünvanladığı məktubda deyilir.

Konqresmen “Hizbullah”ın terrorçu təşkilat kimi tanınmaması barədə Aİ Şurasının əvvəlki qərarına yenidən baxılmasına çağırıb.