Ziya Məmmədov niyə “media bossu” ola bilmədi?

ziya-ramiz1Ramiz Mehdiyev rəqiblərinin iqtidar KIV-lərini nəzarətə almaq planını pozdu

“Azadlıq”ın ötən saylarında məlumat vermişdik ki, hakimiyyətyönlü KIV-lərin bir mərkəzdən idarə olunması ilə bağlı plan var. Bu plan hakimiyyətdəki əsas söz sahiblərindən biri Paşayevlərə məxsusdur. Paşayevlər ayrı-ayrı məmurların nəzarətində olan KIV-ləri onlardan alaraq bir mərkəzdən idarə olunmasını istəyirlər.
Bu günlərdə əldə etdiyimiz məlumatlara görə, Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin müdaxiləsi ilə bu planın qarşısı alınıb. Məlumatlarda deyilir ki, PA rəhbəri qəti şəkildə bunun əleyhinə çıxıb. Səbəb isə əksər hakimiyyətyönlü KIV-lərin PA tərəfindən idarə olunmasıdır.
Məlumatlarda həmçinin deyilir ki, Paşayevlərin planına görə, həmin KIV-lərin xərclərini nəqliyyat naziri Ziya Məmmədov ödəməli imiş. Bu isə həm də Ziya Məmmədova hökumətyönlü KIV-lərə təsir etmək imkanı yaratmaq deməkdir. Görünür, Ramiz Mehdiyev həm də buna görə, israr edərək Paşayevlərin bu niyyətlərindən əl çəkmələrinə nail olub. Ziya Məmmədov da media bossu ola bilməyib.