Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Füzulidə yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.
Milli Ordunun əsgəri, 19 yaşlı Qasımzadə Mais Təhməz oğlunun meyidi asılmış vəziyyətdə tapılıb. Fakt üzrə cinayət işi qaldırılıb, istintaq aparılır.