Nazpəri Dostəliyeva ikinci dəfə qaynana oldu

Ötən gün Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva ikinci oğlu Əkbərə təmtəraqlı toy edib. Məclisin şoumen Murad Dadaşov açıb. Sonra “Natiq” ritm qrupu, Dövlət Rəqs Ansamblının rəqqasları çıxış ediblər. Bundan sonra N.Dostəliyeva və qudası qonaqları salamlayıb.
Toyun aparıcı və əsas müğənnisi kimi populyar estrada müğənnisi Samir Piriyev çıxış edib. O, həm özü oxuyub, həm də tanınmış həmkarlarını təbrik üçün səhnəyə dəvət edib.
Ümumilikdə masaların tərtibatı, səhnə və işıq effektləri, salonun dizaynı baxımından məclis yüksək səviyyəsi ilə fərqlənib.
Qonaqların kimliyinə gəlincə, bunlar ölkənin tanınmış ziyalıları, ictimai-siyasi xadimləri, xanım müğənninin sənət dostları olub.