Müxaliflər Bəşər Əsədin daha bir qırıcısını vurdu

Suriyalı müxaliflər Bəşər Əsəd ordusuna aid daha bir qırıcı təyyarəni vurduqlarını açıqlayıblar. Qırıc təyyarənin Suriyanın şimalındakı Atarib qəsəbəsində vurulduğu bildirilir. Qəsəbə yaxınlığındakı hərbi bazaya basqın edən üsyançılar həmin vaxt havada olan qırıcını raketlə vurublar.