Müsəlman qadın Norveçdə nazir oldu

29 yaşlı Hədiyyə Tacikə mədəniyyət naziri postu tapşırılıb

Norveç gənc olmasına baxmayaraq böyük nailiyyətlər əldə edərək ölkənin ilk müsəlman qadını olan Hədiyyə Tacik haqqında danışır. Norveçin “VG” qəzetinin xəbərinə görə ölkənin baş naziri Yens Stoltenberq (Jens Stoltenberg) hökumətdə inqlabi dəyişikliyə imza atıb.

Baş nazir 29 yaşlı müsəlman Hədiyyə Taciki Norveçin mədəniyyət naziri təyin edib. Hədiyyə ölkə tarixində ən gənc, həm də ilk müsəlman nazirdir. Hökumətin bu yeni üzvü artıq öz proqramını da açıqlayıb. O, bildirib ki, çox mədəniyyətlilik Norveçin gündəlik həyatının ayrılmaz hissəsi olaraq, qalmalıdır. Hədiyyə xanım milli azlıqların da Norveç cəmiyyətinə inteqrasiyasına çalışacağını bildirib. Bundan ötrü onların bir sıra sosial problemlərinin həlli istiqamətində fəaliyyət göstərəcəyini deyib.

Onun sözlərinə görə, mühacirlərini bir çoxu ölkənin həyatında fəal iştirak edə bilmir, elə bu üzdən də onlar işləmir və yaxşı təhsil almır. Hədiyyə Tacik Pakistandan çıxan ailədə anadan olub. O, bir müddət Norveç KİV-də çalışıb. Sonra isə Əmək Nazirliyinə sosial məsələlər üzrə müşavir vəzifəsində işləyib. 2009-cu ildə Norveç Fəhlə partiyasından Oslo vəkili olaraq parlamentə daxil olan Tacikə xalqın böyük rəğbəti var. (din.az)