İki məşhur müğənnimiz bir-birini biabır etdi

Qalmaqala səbəb olan hadisə Yunanıstan səfirinin gözü qarşısında baş verib

Xalq artisti Aygün Kazımova ilə əməkdar artist Elza Seyidcahan arasında qalmaqal yaranıb. Müğənnilər bir-birinin ünvanına təhqiramiz ifadələr səsləndiriblər.
Kazımova ilə Seyidcahan arasında qalmaqal sentyabrın 20-də  xəz dəri geyimləri şirkətinin yeni mövsümünün açılış mərasimində yaşanıb. Şirkətin siması A.Kazımova tortkəsmə məqamında qonaqlara şirniyyatdan bir parça versə də, E.Seyidcahanı saymayıb və ona tort verməyib. A.Kazımovanın bu “jesti” E.Seyidcahanı özündən çıxarıb və o, həmkarı haqqında kəskin fikirlər səsləndirib.
“Mən öz sənətimlə, işimlə məşğulam. Iki ildir ki, təmənnasız ”Tanıdım səni” layihəsində ucqar kəndlərdən istedadlılar axtarırıq. Bizi bu layihəyə də qısqanırlar. Elə insanlar var ki, mən onlara nifrət etmirəm, onlardan iyrənirəm.
Efirdə bu xanım haqqında öz sözlərimi dedim. Dedim ki, o, əqidəsiz bir insandır. Şərəfsiz, ləyaqətsizdir. Çünki Azərbaycan xalqının sənətkarını başqa dövlətin səfirinin yanında belə aşağılamaq… bu, ən azından xəyanətkarlıqdır.
Onun mənə qarşı hərəkəti orada səfirliyin nümayəndələrində mənfi fikir formalaşdırdı. Onlar düşündülər ki, Elza necə murdar insandır ki, bu xanım da ona qarşı bu cür tərbiyəsizlik etdi. Mənimlə onun arasında dava-dalaş olmayıb. Dava-dalaş da olsaydı belə, o, orada tortdan bir parça mənə də verməliydi…
O, tortu mənə ona görə təqdim etməyib ki, xəyanətkardı, xaindir, xalqını sevməyən bir insandır. Xalqının sənətkarını əcnəbi insanların yanında belə aşağılayan insandan, sən nə gözləyirsən?! Mən ona sözümü deyirəm ki, sən şərəfsiz bir insansan, xalqını, sənətkarını sevməyən eqoist bir xanımsan. Dünənki günümə nifrət edirəm ki, ora gedib, Aygün kimi insanı orada gördüm. Özümə bir daha nifrət etdim ki, məni Allah-taala belə məclislərdən uzaqlaşdırsın”, – deyə Elza Seyidcahan “AzNews.az”a açıqlamasında bildirib.
Qeyd edək ki, xəz dəri geyimləri şirkəti Yunanistanın məhsulu olduğu üçün, Yunanıstanın Azərbaycandakı səfiri də tədbirdə iştirak edib.
Aygün Kazımova da öz növbəsində “lent.az”a açıqlamasında Seyidcahana cavab verib. Ünvanına səslənən fikirləri son dərəcə sakit qarşılayan xalq artisti bildirib ki, həmkarı həmin tədbirə dəvətsiz gəlib: “Sözügedən şirkət Elza Seyidcahanı həmin tədbirə dəvət etməmişdi. Haradansa eşidib ki, hədiyyə verirlər, tez durub, gəlib tədbirə. Elza deyir ki, dövlət adamları qarşısında təhqir edilib. Yunanıstan səfirliyi heç bilmir ki, Elza Seydicahan kimdir. Həmin tədbirdə ondan da yüksək statusa malik olan Ilhamə xanım və mən var idim. Həmçinin, Nadir Qafarzadə, Samirə və s. Hörmətli olanlar tortdan dadıblar. Başqa heç bir əlavəm yoxdur”.
Müğənninin prodüseri Tolik (Tarix Əliyev) də SIA-ya açıqlamasında deyib ki, baş verən olayın səbəbi Elza Seyidcahanın ora dəvətsiz gəlməsidir: “Bəli, özünüzə nifrət edin ki, dəvətsiz yerə gəlirsiz və belə də olur. Tədbirin rəhbərliyi ilə danışdım, öyrəndim ki, həqiqətən də Elza Seyidcahan ora dəvətsiz gəlib”.