Albert Qor:“İndi Avropa Birliyi Türkiyəni istəməlidir”
“Apple” şirkətinin idarə heyətinin üzvü, “Google”-nin məsləhətçisi, ABŞ-ın sabiq vitse-prezidenti Albert Qor “Turkcell”in sponsorluğuyla keçirilən texnologoiya konfrasında iştirak etmək üçün Türkiyəyə gəlib. Albert Qor qatıldığı texnologiya toplantısında çıxışı zamanı Türkiyənin dünyada yüksələn texnologiya dalğasını zamanında tutduğunu söyləyib.
Sabiq vitse-prezident Türkiyənin iqtisadi nailiyyətlərinə də toxunub. Albert Qor qlobal iqtisadiyyatın da Türkiyə iqtisadiyyatı qədər inkişaf yoluyla getməsini arzuladığını deyib. O, hazırki məqamda Avropa Birliyinin Türkiyəyə ehtiyacı olduğunu bildirib:“İndi Avropa Birliyi Türkiyəni istəməlidir”.