Məmur qəza yerində güldüyü üçün işdən qovuldu

Çinin Yol Təftişinin yüksək rütbəli əməkdaşı işdən qovulub. Səbəbi isə onun 36 insanın həlak olduğu qəza yerində gülümsəməsi olub (faktxeber.com).
Məmurun internetə sızan fotosu ölkədə böyük narazılıqla qarşılanıb. Bundan əlavə, şəkillərdə onun qolunda bahalı saat və qolbağ görünür. Bu da məmurun gəliri haqqında ictimaiyyətin marağına səbəb olub.
Çinin dövlət agentliyi bildirir ki, məmur “bahalı saata malik olmasına və iş intizamını ciddi şəkildə pozmasına” görə işdən çıxarılıb.