KXCP-dən istefa xəbəri

Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) istefaların olduğu bildirilir. Bu barədə Teleqraf.com-a partiyadaxili mənbələrdən məlumat daxil olub. Məlumata görə, KXCP sədrinin müavinləri Qaya Əliyev və Fikrət Cəfərli partiyadan istefa veriblər. Ancaq partiya bunu hələ ki gizli saxlayır.
KXCP sədrinin müavini Fikrət Cəfərli xəbəri nə təsdiq, nə də təkzib etdi: “Mən bu barədə danışmaq istəmirəm”.

Qaya Əliyev isə əməkdaşımıza istefa verdiyi haqda məlumatın doğru olmadığını deyib.