Gürcüstan Cənubi Osetiya ilə müharibəyə hazırlaşır

Separatçı rejimin rəhbəri sensassion bəyanatla çıxış edib

Gürcüstanın separatçı bölgəsi Cənubi Osetiyanın lideri Leonid Tibilov rəsmi Tbilisinin sərhəd bölgəsində geniş hərbi əməliyyatlar üçün hazırlıqlara başladığını bildirib. Tsxinvalidə Cenevrə müzakirə qrupunun həmsədri ilə görüşündən sonra jurnalistlərə açıqlama verən Tibilov Gürcüstanın hərbi əməliyyatlara hazırlaşdığına dair kəşfiyyat məlumatları aldıqlarını söyləyib.

Separatçı rejimin başçısının sözlərinə görə, Gürcüstan Müdafiə Nazirliyi Leninqori bölgəsində yeraltı sığınacaqlar və təlim düşərgələri inşa edib. Cənubi Osetiyanın tək tərəfli olaraq müstəqilliyini elan etməsinin 22-ci ili olduğunu deyən Tibilov qonşularla sabit əməkdaşlığa üstünlük verdiklərini deyib. Gürcüstanın hərbi müdaxiləsinə cavab verəcək gücdə olmadıqlarını bildirən Tibilov baş verəcək hər hansı qanlı olaya görə rəsmi Tbilisinin məsuliyyət daşıyacağını söyləyib.