İran Hərbi Dəniz Qüvvələri sen tyabrın 18-də Xəzər dənizində minaların qoyulması üzrə təlimlər keçirib. Bu barədə “Trend” agentliyi məlumat verir. Təlimlər Nouşəhr liman şəhərinin akvatoriyasında keçirilir. Təlimləri İranın ali dini lideri Seyid Əli Xamneyi izləyib.
Təlimlərdə digər tapşırıq ölkənin dəniz sərhədlərinin müdafiəsi üzrə fəaliyyətin işlənib hazırlanması və havadan zərbə ilə düşmənin üzən vasitələrinin məhv edilməsidir.
İranın təlimləri Fars körfəzində minalardan təmizləmə üzrə beynəlxalq təlimlərdən sonra keçirilir. Beynəlxalq təlimlərdə ABŞ daxil olmaqla, 30 ölkə iştirak edib.