«Butalife» niyə yaradılıb və kimindir?

Azərbaycanda yeni sosial şəbəkə işə salınıb

Azərbaycanda yeni sosial şəbəkə yaradılıb. “Butalife” adlanan sosial şəbəkə artıq Internet istifadəçilərinin ixtiyarına verilib. Saytın texniki imkanları genişdir.
Istifadəçi şəbəkəni tərk etmədən oradakı onlayn televiziyalardan və xəbər blokundan istifadə etməklə gündəlik beynəlxalq informasiyaları əldə edə biləcək.
Bundan başqa sayta musiqi, video, foto bölmələri əlavə edilib ki, dostluq əlaqələrindən asılı olmayaraq, istənilən istifadəçi bütün materialları izləyə bilər.
Sayt digər maraqlı özəllikləri ilə də seçilir. Belə ki, ödənişli TV-lərə butalife-da heç bir problem olmadan baxmaq mümkün olacaq. www.butalife.com saytında iş adamları üçün də fəaliyyət imkanları nəzərdə tutulub.
Bundan əlavə, sayta onlayn TV-lər, dünyanın ən populyar informasiya vasitələrinin xəbər manşeti yerləşdirilmiş blok, bloger səhifələri, imtahan-test, biznes bölmələri və s. əlavə olunacaq ki, bunu sosial şəbəkələr üçün yenilik kimi qiymətləndirmək olar.
www.butalife.com layihəsi “azerbaicans.com” saytının ideya müəllifi və qurucusu Ilham Abduyevin təşəbbüsü ilə həyata keçirilib (contact.az)
“Azadlıq”ın şərh bölümünə yazılan məlumatda isə bildirilir ki, Ilham Abduyev fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxsdir. Iddialara görə, o, əvvəllər hərbi əks-kəşfiyyat idarəsində çalışıb. Başqa bir məlumata görə, “Butalife” hakim ailənin internet layihəsidir. Bildirilir ki, sosial şəbəkənin adı da təsadüfi seçilməyib. Bu ad hakim ailəyə məxsus “Buta Palace”nin adından götürülüb. Iddia edilir ki, hakim ailə “Butalife” “Facebook”un Azərbaycandakı təsirini zəiflətmək və bununla sosial şəbəkələrdəki aktivistləri nəzarətə götürmək məqsədi daşıyır.

Azad