Avropa Parlamenti iki ölkə münasibətlərinə dair daxili hesabat hazırlayıb
Avropa Parlamenti Türkiyə-İsrail münasibətlərinə dair daxili hesabat hazırlayıb. “Hürriyet” qəzetinin əldə etdiyi hesabatda iki ölkə arasındakı münasibətlərin düzəlməsinin bölgənin sabitliyi üçün lazımlı olduğu bildirilib. Sənəddə qeyd olunur ki, iki ölkə arasındakı gərginlikdən daha çox zərəri İsrail dövləti görür.
Avropa Birliyinin xarici siyasət idarəsinin rəsmiləri Sandro Anjelo və Andrea Martire Qrisorio tərəfindən hazırlanan 12 səhifəlik hesabatda vurğulanır ki, İsrail bölgədəki tək müttəfiqini itirməklə yanaşı 140 milyard dollarlıq silah bazarını da itirib. Hesabatda İsrailin Türkiyənin yerinə müttəfiqlik edə biləcəyi başqa ölkə olmadığı vurğulanıb.