«Azərbaycanda yeni çəkilən seriallarda zövqsüzlük, bayağılıq, şitlik bizi qane etmir»
“Telekanallar tərəfindən yeni çəkilmiş seriallarda Milli Televiziya və Radio Şurasını qane edən və etməyən tərəflər var. Bilirdik ki, ilkin mərhələdə bu sahədə problemlər olacaq. Amma görürük ki, mövcud seriallar əvvəlki seriallara nisbətən bir az irəlidədir. Azərbaycanda seriallarının keyfiyyəti tədricən daha da artacaq. Təəssüf ki, seriallardakı zövqsüzlük, bayağılıq, şitlik, insanları qane etməyən mövzulara toxunulması problemi hələ də qalır”.
Bunu APA-ya Milli Televiziya və Radio Şurasınının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
Onun sözlərinə görə, yeni çəkilən seriallarda daha çox şou, kriminal xarakterli mövzulara toxunulur:”Bunlar qaneedici deyil. Istərdik ki, hər hansı azərbaycanlı müəllimin, həkimin və ya mühəndisin ailəsi ətrafında tərbiyəvi xarakterli serilallar çəkilsin. Təbii ki, bu sahədə müəyyən işlər görülür, amma görüləcək işlər də çoxdur.