Müxaliflər hərbi hissəyə hücum edib
Ötən gün Suriyanın İdlib şəhərində davam edən döyüşlər zamanı üsyançılar hərbi hissəyə hücum ediblər. Hökumət rəsmilərinin verdiyi məlumata görə, hərbi hissənin yanında avtomobilə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində azı 20 əsgər həlak olub. 20-ə yaxın əsgərin isə xəsarət aldığı bildirilir.
Hələb və Homs şəhərində isə təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında qarşıdurmalar olub. Suriya İnsan Haqları müşahidəçi qrupunun verdiyi məlumata görə, Əsəd ordusunun xüsusi əməliyyatları nəticəsində bir neçə yaşayış məntəqəsi dağıdılıb. Dağıntılar altında qalanların olduğu bildirilir.