UEFA-dan Azərbaycan klublarına pul yardımı

UEFA ilə Avropa Klublar Assosiasiyası arasında bağlanmış müqaviləyə əsasən, qitənin ali futbol qurumu 2012-ci ildə keçirilən Avropa çempionatının final və seçmə mərhələsində futbolçuları ilə iştirak edən klublara maddi yardım ayırıb.
UEFA-nın rəsmi saytında verilən məlumata görə,UEFA yarışlardan götürdüyü gəlirin yarısını klublar arasında bölüb. Ümumilikdə 575 kluba vəsait ayrılıb. Ən çox gəlir “Avro-2012″də daha çox futbolçuyla təmsil olunan Münhen “Bavariya”sına çatıb: 3 milyon 95 min 393 avro. Bu siyahıda “Real” (Madrid) ikinci (2 milyon 996 min 585 avro), “Barselona” üçüncü (2 milyon 996 min 585 avro) olub.
UEFA “Kəpəz” istisna olmaqla Azərbaycanın da 11 klubuna vəsait ayırıb. Ən çox gəlir götürən “Qarabağ” olub – 293 min 501 avro. “Neftçi” – 190 min 776, “Xəzər Lənkəran” – 153 min 739, “İnter” – 128 min 232, “Bakı ” – 127 min 883, “Qəbələ” – 113 min 208, AZAL – 67 min 86, “Turan” 25 min 157, “Sumqayıt” 16 min 771, “Simurq” 13 min 627, “Rəvan” – 6988 avro qazanıb.