Safura Əlizadə Natiq Əliyevin oğlu ilə evlənir

Azərbaycanın daha bir “Eurovision” təmsilçisi ailə həyatı qurmağa hazırlaşır. “Qafqazinfo”ya daxil olan eksklüziv məlumata görə ölkəmizi “Eurovision-2010” təmsilçisi Safura Əlizadə yaxın günlərdə ailə quracaq. Məlumatda bildirilir ki, o, Sənaye və Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə nikaha girəcək.

Qeyd edək ki, Natiq Əliyevin oğlu Safura Əlizadəyə qədər evli olub. Hazırda da rəsmi evli olduğu deyilir.

Onu da xatırladaq ki, bir müddət əvvəl digər “Eurovision” təmsilçimiz Aysel Teymurzadə də ailə həyatı qurmuşdu. O, Filarmoniyanın direktoru Murad Adıgözəlzadə ilə evlənmişdi. Maraqlıdır ki, A. Teymurzadənin də həyat yoldaşı ikinci dəfə ailə həyatı qururdu.