“Azadlıq”a qarşı 30 minlik cərimə qərarı qüvvədə qaldı

Sentyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi “Azadlıq” qəzetini 30 min manat  cərimələyən qərarı qüvvədə saxlayıb. Məlumat “Media forum” saytına Media Hüququ İnstitutundan verilib.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetini 2012-ci ilin aprelində çıxmış “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli yazıya görə məhkəməyə vermiş, qəzetin 200 min manat cərimələnməsini istəmişdi. Yasamal Rayon Məhkəməsi iyun ayında metropoliten rəisinin yazıdan ciddi mənəvi zərər gördüyü əsası ilə qəzetin üzərinə 30 min manat təzminat ödəmək vəzifəsi qoyan qərar çıxarmışdı.