rovnaq

Rövnəq Abdullayev məmurlara müharibə elan edib

rovnaqARDNŞ prezidenti eyni vaxtda 6 nazirlə məhkəmədə çəkişir

“Bank Respublika” ASC Nəqliyyat Nazirliyini, “Azəryolservis”i, Maliyyə Nazirliyinin və Xətai Rayon Icra Hakimiyyətini məhkəməyə verib. Buna səbəb yol çəkilişləri ilə bağlı kompensasiya ödəmək məqsədilə tərtib edilmiş yoxlama aktı və qəbul olunmuş qərarın bankın əleyhinə olmasıdır.
Iddiaya 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində baxılıb. Məhkəmə bankın iddiasını təmin etməyib. Hazırda çəkişmə apellyasiya mərhələsindədir (“Reytinq”qəzeti).
“Bank Respublika” Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə məxsusdur. Güman ki, nazirliklərin və icra hakimiyyətinin məhkəməyə verilməsi də ARDNŞ prezidentinin göstərişilə olub. Bankın müstəqil şəkildə iri oliqarxlara – nəqliyyat naziri Ziya Məmmədova, “Azəryolservis”in şefi Cavid Qurbanova və maliyyə naziri Samir Şərifova qarşı belə bir addım atması inandırıcı görünmür.
Rövnəq Abdullayev həmçinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovu, ədliyyə naziri Fikrət Məmmədovu, təhsil naziri Misir Mərdanovu, səhiyyə naziri Oqtay Şirəliyevi də məhkəməyə verdirib. Nəzarətində olan “Azərsu” ASC vasitəsilə. “Azərsu”nun iddiası isə su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlıdır.

Azad