Baxçalı üzüstə yerə yıxıldı (VİDEO)

MHP lideri çıxışından sonra qırmızı xalıya dolaşaraq yıxılıb

Milliyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı qatıldığı tədbirdə üzüstə yıxılıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, MHP sədri 731-ci Ərtuğrul Qazini anma mərasimində çıxış edib yerinə qayıdarkən qırmızı xalıya dolaşaraq yıxılıb. Yanındakı partiya üzvləri tərəfindən ayağa qaldırılan Dövlət Baxçalı daha sonra öz yerinə keçib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək və Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bu hadisədən sonra qırmızı xalı əvəzinə otların üstündən keçib.

 

İnformasiya şöbəsi