Bəşər Əsədin isə əsas “təbliğat maşını” sıradan çıxarıldı; Dəməşqdə güclü partlayışlar törədildi
Suriyanın Hələb şəhəri yenidən ölkədə davam edən döyüşlərin mərkəzinə çevrilib. Suriya Insan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, ötən gün şəhərin müxtəlif bölgələrində baş vermiş silahlı qarşıdurmalar nəticəsində azı 20 nəfər öldürülüb. Təhlükəsizlik qüvvələri Zəhra rayonunda üsyançılara qarşı əməliyyatlar keçirib.
Həvəskar çəkilmiş kadrlarda yaşayış məntəqələrinin dağıdıldığı, yandırıldığı və yerli məscidlərdən birinin yanında partlayış törədildiyi müşahidə olunur. Mülki vətəndaşlar evlərini tərk etmək məcburiyyətində qalıblar. Kadrlarda Iordaniya ilə sərhəd rayonlarda baş vermiş silahlı qarşıdurmaların görüntüləri öz əksini tapıb. Müxalifətin iddialarına görə, şəhərin 60 faizi üsyançıların nəzarətində olsa da, hava məkanının Əsəd ordusunun əlində olması üsyançıların mübarizisini daha da çətinləşdirir.
Ötən gün paytaxt Dəməşqdə iki güclü partlayış baş verib. Partlayışlardan biri Suriya Ədliyyə və Nəqliyyat nazirliklərinin binalarının yerləşdiyi əraziyə yaxınlıqda törədilib. Partlayıcı maddə yüklənmiş yük maşının partladılması zamanı hadisə yerinə yaxın binaların şüşüələri sınıb, dağıntılar olub. Olay nəticəsində ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur. Hadisəyə görə məsuliyyəti hələ heç bir təşkilat üzərinə götürməyib.
Bu arada ABŞ-ın Suriya-Türkiyə sərhədində mövqelərini gücləndirmək, Bəşər Əsəd əleyhdarlarına dəstək olmaq məqsədiylə bölgəyə daha çox Mərkəzi Kəşfiyyat Idarəsinin (MKI) agentlərini və diplomatları göndərdiyi ortaya çıxıb. Vaşinqton həmçinin üsyançıların içinə “Əl-Qaidə” üzvlərinin sızmasının da qarşısını almağa çalışır. Məsələ ilə bağlı məlumatlandırılan amerikalı rəsmilər “Associated Press” agentliyinə son günlərdə bölgəyə göndərilən təxminən 10 nəfərdən ibarət qrupun üsyançıların siyasi və hərbi baxımdan təşkilatlanması imkanlarını artırdığını söyləyib.
Agentliyə danışan mənbələr səlahiyyətləri olmadığı üçün planı açıqlamaq istəmədiklərini bildirib. Obama administrasiyası amerikalıları bölgəyə göndərməklə üsyançılara birbaşa silah vermədən onların hərbi gücünü artırmaq və Iraq, ya da Bəsrə Körfəzindəki digər ölkələrdən gələn radikal islamçılar qarşısında daha güclü olmaları üçün dəstək vermək məqsədi güdür. ABŞ-ın MKI agentləri sayəsində bölgədən daha çox kəşfiyyat məlumatları toplaması da nəzərdə tutulur.
Pentaqon və Ağ ev sözçüləri xəbərlə bağlı “Associated Press”ə şərh verməkdən imtina ediblər. Ancaq mənbələrin bildirdiyinə görə, diplomatlar və başda MKI agentləri Suriyanın xaricində qalır, üsyançıların liderləri ilə görüşərək qruplara fəaliyyətlərini tənzimləmələri üçün yardımlar edir. Rəsmilər üsyançı qüvvələrlə yanaşı dəyişdirən suriyalı zabitlərdən və qaçqınlardan da məlumatlar toplayır.
ÿƏsəd rejiminin əsas təbliğat maşını sayılan Suriyanın dövlət televiziyasının yayımı dayandırılıb. Dövlət televiziyası Misirin “Nil Sat” peykindən yayımlanırdı və yayımın dayandırılmasını Ərəb Liqası istəmişdi. Liqaya daxil olan ölkələrin xarici işlər nazirləri bu qərarı iyulda keçirilən iclasda vermişdi. Suriyanın Informasiya Nazirliyi yayımın dayandırılmasına etirazını bildirərək bunu “Suriyanı hədəf alan qərar” adlandırıb. Nazirlik bununla müqavilələrin və etik qaydalarını pozulduğunu da bildirib.