Suriyanın dövlət televiziyasının yayımı dayandırılıb. Xəbəri Türkiyə mediası yayıb. Suriya dövlət televiziyası Misirin “Nil Sat” peykindən yayımlanırdı və yayımın dayandırılmasını Ərəb Liqası istəmişdi. Liqaya daxil olan ölkələrin xarici işlər nazirləri bu qərarı iyulda keçirilən iclasında vermişdi.
Suriyanın İnformasiya Nazirliyi yayımın dayandırılmasına etirazını bildirərək bunu “Suriyanı hədəf alan qərar” adlandırıb. Nazirlik bununla müqavilələrin və etik qaydalarını pozulduğunu da bildirib.