İctimai Palata bu dəfə Ağdaşda toplandı

Ağdaş rayonunda Ictimai Palatanın yerli qurumu növbəti sessiyasını keçirib. Bu barədə “Azadlıq”a Ictimai Palatanın regional təşkilatlanma komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, toplantıda Ictimai Palata və AXCP Rəyasət Heyətinin üzvü Məhəmməd Talıblı da iştirak edib.
Sessiyada Ictimai Palatanın yerli şöbəsinə yeni üzvlər qəbul olunub. Toplantı iştirakçıları ictimai-siyasi durumu, həmçinin rayondakı sosial problemləri müzakirə ediblər. Müəllimlərin maaşının gecikdirilməsi, rayonda “qaz pulu” adı altında aparılan talançılıq da sessiyanın müzakirə mövzularından olub.
Sessiya iştirakçıları həmçinin AXCP sədri Əli Kərimliyə qarşı təzyiqlərə etiraz əlaməti olaraq, ona qarşı irəli sürülən qondarma ittihamlarla bağlı etiraz bəyanatı qəbul ediblər.