Mit Romni qondarma soyqırım iddialarının müəlliflərindən birini özünə vitse-prezident seçdi
ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkilərində Ağ evin indiki rəhbəri Barak Obamaya qarşı yarışacaq Respublikaçıların namizədi Mit Romninin vitse-prezidentliyə Paul Rayanı seçməsini erməni lobbisi məmnuniyyətlə qarşılayıb. Nümayəndələr Palatasının Büdcə Komitəsinin rəhbəri olan Paul Rayan Konqresdəki Erməni Dostluq Qrupunun üzvüdür və keçmişdə gündəmə gətirilən erməni layihələrinin müəlliflərindən biridir.
Paul Rayan “erməni soyqırımı” iddialarını tanıması üçün Obamaya məktub yazıb. Romninin Rayanı seçməsi erməni seçicilərə yönəlik jest kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, iqtisadi islahatları önə çəkən Obamanı məğlub etmək strategiyası tətbiq edən Romni Rayanla eyni düşünür. Romninin ermənilərə jestinin türk və müsəlman seçiciləri itirməsinə səbəb ola biləcəyi də ehtimallar arasındadır.
İnformasiya şöbəsi