Ərəfatın məzarı açılacaq

Fələstin liderinin nəşinin eksqumasiyasına rəsmi icazə verildi, araşdırmalar aparması İsverçrəli heyət dəvət olundu

Fələstin muxtariyyətinin mərhum lideri Yasir Ərəfatın ölüm səbəbiylə bağlı iddiaların yenidən gündəmə gəlməsindən sonra onun məzarının açılaraq eksqumasiya olunması qərarı rəsmiləşib. Fələstinin hazırki rəhbəri Mahmud Abbasın Ərəfatın məzarının açılmasına rəsmi icazə verdiyi açıqlanıb. Mahmud Abbasın müavini Saib Erekat Fələstin rəhbərinin Ərafatın nəşinin çıxarılaraq araşdırılması qərarı verdiyini və araşdırmaları aparacaq isveçrəli mütəxəssis heyətinin dəvət etdiyini bildirib.

Əlavə edək ki, İsveçrədəki bir institut Yasir Ərəfatdan qalan əşyalarda radioaktiv maddə aşkarlandığını və Fələstin liderinin öz əcəli ilə ölmədiyini açıqlamışdı. Məhz bu iddialardan sonra Ərəfatın nəşinin eksqumasiya olunması gündəmə gəlmişdi. İnstitut dəqiq nəticə əldə olunması üçün Ərafatın nəşinin eksqumasiyasına ehtiyac yarandığını bildirmişdi. Fələstin liderinin həyat yoldaşı Saha Ərəfat da ərinin ölümünə şübhələndiyini bildirərək, isveçrəli mütəxəssislərin iddialarını doğrulamışdı.

Qeyd edək ki, 2004-cü il noyabrın 11-də Fransadakı hərbi hospotalda dünyasını dəyişən Yasir Ərafatın öldürüldüyünə dair iddialar həmin ərəflərdə də yayılmışdı. Lakin analizlər və araşdırmalar nəticəsində konkret dəlil tapılmadığı üçün iddialar sayılmışdı. Dolaşan iddialar da Ərəfatın ölümündə İsrail xüsusi xidmət orqanları günahlandırılırdı.