Liviyada liberallar qalib gəldi

Liviyada keçirilən parlament seçkilərində sabiq baş nazir Mahmud Cibrilin partiyası Milli Qüvvələrin Alyansı qalib gəlib. Bu haqda “Guardian” yazır. Seçkinin dəqiq nəticələri məlum olmasa da, tam nəticələr yaxın günlərdə elan ediləcək.

Ancaq indidən demək olar ki, liberal partiya sayılan Milli Qüvvələrin Alyansı islamçılara qalib gəlib. İlkin məlumatlara görə, partiya paytaxt Tripolidə 80% səs yığıb. Regionlarda səs faizi daha azdır.

Cibril “Əl-Cəzirə” kanalına verdiyi müsahibədə partiyasının dünyəvi, liberal adlandırılmasını istəyib. 200 üzvünü seçəcək parlament seçkiləri Liviyada ancaq 42 il ölkəni idarə edən Qəzzafinin devrilməsindən sonra mümkün olmuşdu.

azadliq.info