k heyderov-i eliyev

Kəmaləddin Heydərova “yox” cavabı verildi

k heyderov-i eliyevNazir fövləqadə hallar komissiyalarını ləğv etdirə bilmir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun rayonlarda idarələrinin yaradılması ilə bağlı Prezident Administrasiyasına (PA) layihə təqdim edib. Qəzetimizə daxil olan məlumata görə, “fövqəlnazir”in layihəsi geri qaytarılıb.
Kəmaləddin Heydərovun istəyinin üzərindən xətt çəkilib. Mənbəmiz bildirir ki, “fövqəlnazir” bununla baş nazirin müavini Abid Şərifovun rəhbərlik etdiyi fövqəladə hallar komissiyalarını sıradan çıxarmağa çalışıb. Bəlli olduğu ki, rayon və şəhərlərdə icra başçısının birinci müavini həm də fövqəladə hallar komissiyasının rəhbəridir. FHN-nin yerli idarələri yaradılacağı təqdirdə həmin komissiyalar faktiki olaraq funksiyasını itirəcək. Bu sahədə Kəmaləddin Heydərov rəqibsiz qalacaq. Görünür, “yuxarılar”da kimlərsə bunu istəməyib. Ilk ağla gələn təbii ki, PA-nın rəhbəri Ramiz Mehdiyevdir. Çünki uzun müddətdir Ramiz Mehdiyevlə Kəmaləddin Heydərov arasında hökumətdə ikincilik uğrunda mübarizə gedir.

İnformasiya şöbəsi