ulduz fali

Günün ulduz falı (07.07.12)

QOÇ
Bu gün ehtiyatlı olun, özünüz özünüzü aldada bilərsiniz. Siz lazım olmayan yerdə anlayış axtarırsınız. Köhnə dostları yaddan çıxarmayın, onlar sizə yardımçı ola bilərlər. Günün ikinci yarısında bir sıra xırda problemlərinizi həll edəcəksiniz. Pulunuzu hədər yerə xərcləməyin, ağıllı qənaət günün vacib şərtlərindəndir.
BUĞA
Günün ilk yarısı daha sakit və məhsuldar olacaq. Bundan səmərəli istifadə edin. Çünki bir az sonra xoşagəlməz tendensiyalar özünü göstərəcək. Sizin işlərinizə başqa bir adamın müdaxilə edəcəyi ehtimalı var. Ulduzlar onun sizə ziyan vurmağa çalışdığını bildirir.
ƏKIZLƏR
Çox maraqlı gündür. Bürcün nümayəndələrinin qarşısında elə imkanlar açılacaq ki, ondan bəhrələnməklə həyatlarını kökündən dəyişə biləcəklər. Diqqət mərkəzində olacaqsınız. Bu gün səyahətə çıxa bilərsiniz. Ev üçün alış-veriş də etmək olar.
XƏRÇƏNG
Gün sizi sevindirəcək dəyişikliklə yadda qalacaq. Situasiyanı tez ələ alaraq, vaxtında qərar verməyi bacaracaqsınız. Bu gün qadınlarla ünsiyyətdə olmaq baxımından əlverişlidir. Daşınmaz əmlak, səyahətə çıxmaq və ya təmir işlərilə bağlı məsələlərin həlli üçün də münasib gündür. Ailə üzvlərilə yaxşı dil tapacaqsınız.
ŞIR
Günün başlanğıcında çətinliklərdən qaça bilməyəcəksiniz. Gözlənilmədən, mübarizə aparmaq çətin olan düşmənlə üzləşəcəksiniz. Işdə çətinliklər olacaq. Ehtimal ki, maliyyə çətinliyi də özünü göstərəcək. Bu da bədxərc olmağınızdan irəli gəlir. Ya qohumlarla, ya da yaxın rəfiqələrinizlə aranızda mübahisə düşəcək.
QIZ
Çox çətin və gərgin gündür. Hisslərinizin əsiri olacaqsınız. Bu gün yaxşı olar ki, mötəbər şəxslərlə təmasda olmayasınız. Bu gün sövdələşmə imzalamaqdan imtina edin. Çünki sonluq uğursuz olacaq. Fiziki işlə, kəskin alətlə də məşğul olmaq məsləhət deyil, zədələnmək təhlükəsi var. Günün ikinci yarısında maraqlı tanışlıq istisna deyil.
TƏRƏZI
Gün yaxşılığa doğru inkişaf vəd edir. Bu da sizin yenidən nikbin olmağınıza və işgüzar fəallığınızın bərpasına işarədir. Birdən-birə aydın olacaq ki, vaxtilə qəliz məsələ kimi yanaşdığınız problelərin həlli də elə çətin deyil. Ehtimal ki, hədiyyə alacaqsınız. Planlaşdırmadığınız səfər də gözlənilir.
ƏQRƏB
Məhsuldar əməkdaşlıq gözlənilir. Ətrafdakılarla, xüsusilə də qadınlarla yaxşı dil tapacaqsınız. Bu üzdən də kimi istəsəniz, öz tərəfinizə çəkə bilərsiniz. Başqalarına yardım barədə düşünəcəksiniz. Yeri gəlmişkən, siz başqasının probleminin həllinə köklənəndə öz problemləriniz sizə asan gəlir.
OXATAN
Xoş gündür. Enerjili olacaqsınız. Bu da işlərin öhdəsindən gəlməyə imkan yaradır. Uzunmüddətli və uzaq səfərə çıxmaq olar. Bəzən sizə elə gəlir ki, ətrafdakılar sizi dəyərləndirmirlər. Bu səbəbdən də qanınız qaralır. Günün ikinci yarısına romantik görüş gözlənilir.
OĞLAQ
Bu gün də sizin üçün asan olmayacaq. Bürcün bir çox nümayəndələri şəxsi problemlərilə baş-başa qalacaqlar. Dəyişikliyə can atırsınız, amma bunun sonluğunu heç fikirləşmirsiniz. Bu gün çox ehtiyatlı olmalısınız, çünki zədələnmək ehtimalı böyükdür.
DOLÇA
Kifayət qədər çətin gündür. Buna baxmayaraq, işlərin öhdəsindən gəlməyə enerjiniz çatacaq. Çalışın ki, hisslərinizin əsiri olmayasınız, bu halda daha ağıllı qərarlar verə bilərsiniz. Maliyə çətinliyi də istisna deyil. Bahalı texniki avadanlığınızın sınmaq ehtimalı da var. Uzaq səyahətə tək çıxmayın.
BALIQLAR
Çoxlu problemlər olacaq. Günahkar da sizsiniz. Xoşbəxtlikdən çətin anlarda nikbinlik hissi sizi tərk etmir. Bunu tez-tez xatırlamağınız yaxşı olar. Düzgün taktika seçəcəksiniz, öz maraqlarınızı müdafiə etməyi bacaracaqsınız. Ehtimal ki, görüşünüz olacaq. Görüşəcəyiniz adam üçün çox darıxmışdınız.