ulduz fali

Günün ulduz falı (05.07.12)

QOÇ
Ətrafdakılarla aranızda ciddi konflikt ola bilər. Sizə elə gəlir ki, onlar sizi düzgün dəyərləndirmirlər. Istənilən xırda anlaşılmazlıq sizin işgüzar həyatınıza mane olacaq. Bu gün maliyyə çətinliyi də istisna deyil. Bununla belə günü tamamilə ümidsiz hesab etmək düzgün olmaz.
BUĞA
Günün birinci yarısı çox çətindir. Bu zaman kəsiyində günün emosional mənzərəsi xoş olmayacaq. Əslində, səbəbsiz həyəcan sizə işləməyə imkan verməyəcək. Digər tərəfdən, sizə səmimi şəkildə yardım göstərməyə hazır olanları da özünüzdən incik salırsınız. Günün ikinci yarısında isə əhval-ruhiyyənizi yaxşılaşdıracaq hadisə baş verəcək.
ƏKIZLƏR
Sərbəst hərəkət etmək üçün ideal gündür. Sizin həm əla ideyalarınız olacaq, həm də onları reallaşdırmaq şansınız. Ancaq bu gün əməkdaşlıq mövzusu problemli məsələdir. Gözdə- qulaqda olun, bu gün sizə lazım olacaq informasiyanı qaçırmayın. Əyləncələrə də çox pul xərcləyəcəksiniz. Axşam səhhətiniz yaxşı olmaya bilər.
XƏRÇƏNG
Əgər işgüzar məsələlərlə şəxsi işləri qarışdırmasanız, gününüz yaxşı keçər. Sıxlıq olan yerlərin ziyarətində ehtiyatlıq tələb olunur, çünki bu gün axmaq addım atmaq və camaat arasında pis vəziyyətə düşmək ehtimalı da var. Gün yaxşı mənada çox sürprizlər gətirəcək.
ŞIR
Problemlər özünü səhər vaxtı biruzə verəcək, günün qalan hissəsi isə yaxşı keçəcək. Işgüzar danışıqları ustalıqla idarə edəcəksiniz, yeni müttəfiqlər tapacaqsınız. Intellektual tapşırıqların yerinə yetirilməsi üçün əlverişli gündür.
QIZ
Bu gün özünüzü çətin ki, rahat hiss edəsiniz. Günün emosional mənzərəsi ürəkaçan deyil. Müdiriyyətlə aranızda ciddi fikir ayrılığı olacaq. Hətta bürcün bəzi nümayəndələri işdən çıxmaq barədə düşünəcəklər. Təəssüf ki, evdə də vəziyyət yaxşı olmayacaq.
TƏRƏZI
Günün birinci yarısı az problem gətirməyəcək. Bu zaman dünyadan küskün və özünüzdən narazı adam kimi hisslər yaşayacaqsınız. Siz xoşagəlməz söhbətlərdən qaçmağa can atsanız da, bu, ətrafdakılarla münasibəti tarazlaşdırmağa yardım etməyəcək. Konflikt yaşayacağınız ehtimalı böyükdür.
ƏQRƏB
Adi məsələ üzündən özünüzdən çıxacaqsınız. Bir sözlə, bu gün özünüidarə ilə bağlı problemləriniz olacaq. Evdə xırda anlaşılmazlıq baş verə bilər. Yaxşı olar ki, baş verənlərə yumor hissi ilə yanaşasınız, başınızı qatmağa məşğuliyyət tapasınız. Gün romantik səyahət üçün münasib hesab edilir.
OXATAN
Narahat gündür. Başqalarının həyatında fəal iştirak etməli olacaqsınız. Gün şərikli layihələrin icrası üçün də münasibdir. Ancaq siz çox hallarda işlərinizi yarımçıq qoyursunuz. Bu səbəbdən də gözlədiyiniz nəticə istədiyiniz kimi alınmaya bilər. Bu gün hökumət orqanlarının nümayəndələrilə əlbir olmayın.
OĞLAQ
Çox çətin gündür. Xoşagəlməz tendensiyaların təsiri güclü olacaq. Yığılıb qalmış problemlərin öhdəsindən gələ bilməyəcəksiniz. Sizi sakitcə dinləyəcək adama ehtiyacınız olacaq, amma təəssüf ki, beləsi ətrafınızda yoxdur. Bu gün maliyyə məsələlərini həll etmək üçün münasib gün deyil.
DOLÇA
Özünüzə problem yaradırsınız. Çətin vəziyyətə düşmək istəmirsinizsə, hərəkətlərinizin nəticəsi barədə əvvəlcədən düşünün. Sevgilinizlə yaxşı anlaşırsınız, dostlarla da münasibətiniz əla olacaq. Bürcün tənha nümayəndələrini maraqlı tanışlıq gözləyir.
BALIQLAR
Siz öz ideyalarınızın vurğunu olmusunuz. Bu üzdən də başqalarını eşitmək istəmirsiniz. Təklənə bilərsiniz. Müttəfiqlərinizi itirmək təhlükəsi var. Xoşagəlməz xəbər alacaqsınız. Bu xəbər sizi planlarda dəyişikliklər etməyə vadar edəcək.