Honda Azərbaycan Mərkəzində yeni Honda CR-V-nin təqdimatı keçirildi. Brendin Azərbaycandakı nümayəndəliyi modelin yenilikləri ilə avtomobil həvəskarlarını tanış etdi.
Yeni Honda CR-V bir sıra cəhətləri ilə sələfindən fərqlənir. O, daha güclü (+20 a/g) 2.4 litrlik VTEC mühərriki ilə təchiz olunub. 4×4 sistemi isə idarəetməni asanlaşdırır. Avtomobilin eni və təkər bazası eyni qalsa da, salonun uzunluğu 225 mm artıb. Beləliklə, sərnişinlər arxa oturacaqda özlərini daha rahat hiss edə biləcəklər. Sürücünün oturacağı isə kənarlardan daha kip sıxsa da, oturacağın bel hissəsi genişlənib.
Honda CR-V 2012 həm də qənaətcildir. Yeni ECON düyməsi avtomatik olaraq, real yanacağa qənaət etmək məqsədi ilə avtomobilin yanacaq sərfiyyatını artıran kondisioner kimi sistemləri tənzimləyir.
Honda CR-V təhlükəsizliyi təmin edən ABS, əyləc gücləndirisi, təhlükəsizlik yastıqları, həmçinin avtomobillə arxadan toqquşma zamanı zədə riskini azaldan xüsusi anatomik oturacaqla təchiz edilib. Eyni zamanda yeni arxa görüntü kamerası əvvəlkindən daha rahat və təhlükəsiz park etməyə imkan verir.
Avtomobil 2 komplektasiyada təklif olunur: Honda CR-V və Honda CR-V Leather (dəri oturacaqlarla).
“1995-ci ildən istehsal edilən Honda CR-V modeli indiyədək 160 ölkədə 3.5 milyon insanın etibarını qazanıb. Yapon mühəndisliyinin növbəti uğuru olan yeni Honda CR-V 2012-nin bu etibarı bir daha doğruldacağına əminik” – bunu Honda-nın Azərbaycan nümayəndəliyindən bildirdilər.
Yeni nəsil Honda CR-V Azərbaycanda təqdim olundu
•