İsa Qəmbər: “Bunda hakimiyyət maraqlıdır”
Müsavat partiyasının başqanı İsa Qəmbər 2013-cü ildə keçiriləcək prezident seçkilərində müxalifətin vahid namizəd məsələsi ilə bağlı “Azadlıq” radiosuna münasibət bildirib.
İsa Qəmbər isə hesab edir ki, İctimai Palatada daha mühüm məsələlərin müzakirə olunduğu bir vaxtda belə bir məsələnin ortalığa atılması cəmiyyəti hakimiyyətdaxili problemlərdən yayındırmağa hesablanıb:
“Təbii ki, hakimiyyət maraqlıdır ki, hakimiyyətdaxili qarşıdurmalar, qruplaşmalar müzakirə olunmasın, müxalifətin mövzuları, müxalifətin vahid namizədi məsələləri daha aktual olsun. Bu, hakimiyyətin tam maraqlarına cavab verir. Çünki diqqət hakimiyyətdən yayınır. Biz bu məsələdə qətiyyən maraqlı deyilik”.