vidadi-shahin

Şahin Həsənli və Vidadi İsgəndərlidən yeni xəbər

vidadi-shahin“Vicdan məhbusları həbsdən çıxmış dostlarının mübariz ruhda olmalarından məmnundurlar”

“Demokratiya və Vətəndaş Cəmiyyətinin İnkişafına Kömək” ictimai birliyinin sədri, hüquq müdafiəçisi Oqtay İsgəndərli Qaradağ rayonunda yerləşən 14 saylı Cəzaçəkmə Müəsisəsində 2 aprel mitinqləri zamanı qanunsuz həbs edilmiş vicdan məhbusları – hüquq müdafiəçisi Vidadi İsgəndərli və AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli ilə görüşüb. Bu barədə “Azadlıq”a məlumatı hüquq müdafiəçisi verib. Onun sözlərinə görə, görüş 3 saat davam edib: “Vicdan məhbuslarının səhhəti normal, əhval-ruhiyyələri yaxşıdır. Onlar “kiçik məhbəsdən böyük məhbəsə çıxmış” əqidə yoldaşlarının mübarizəni demokratiyanın qələbəsinədək davam etdirmək əzmində, mübariz ruhda olmalarından çox məmnundurlar. Hər iki məhbus ölkədəki ictimai- siyasi prosesləri ciddi izlədiklərin bildirdilər”.
O.İsgəndərli deyir ki, vicdan məhbusları həbslərini girovluq kimi qiymətləndirirlər: “Onlar demokratiya və azad seçkilərlər uğrunda mübarizə apardıqları üçün qondarma maddələrlə, sifarişli məhkəmə hökmüylə hakimiyyətin girovuna çevriliblər. Vicdan məhbusları onu da bildirdilər ki, həbslərlə xalqımızın demokratiya arzularını sarsıtmaq,  fəalları qanunsuz və saxta ittihamlarla zindana salmaq siyasətinin effektli olmayacağını tarix sübut edəcək. Əgər bizlər, ziyalılar, fəallar itaətkar və seyrçi mövqey tutsa, onda gələcək nəsillərin əbədi qınağına tuş gələcəyik. Ona görə də bu gün susmaq olmaz və bizimlə bu yolda olan şəxslərə uğurlar diləyirik”.

Ramin DEKO