Arxeloqlar dünyanın sonunu xəbər verən ikinci sübutu tapıblar. Qvatemalanın La-Korona şəhərində tapılmış daş abidədəki yazılara görə, bu hadisə 2012-ci ilin 21 dekabrında baş verəcək. Bu tarixdə Böyük Maya təqviminin 5125 illik dövrü bitir. Amerikan alimlərinin hesablamasına görə, heroqliflərlə yazılmış tapıntının 1300 yaşı var.
Qvatemalada isə 21 dekabr bayramdır. Qvatemalılar bu günü yeni bir dövrün başlanğıcı kimi qeyd edəcəklər.
azadliq.info