Vaşinqtonda bağlı qapılar arxasında Qarabağ müzakirələri

ABŞ dövlət katibinin müavini Uilyam Börns bu gün Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. ANS PRESS xəbər verir ki, bu barədə məlumat Dövlət Departamentinin saytında yerləşdirilib.

Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyi görüş bağlı qapılar arxasında keçiriləcək.