Ştrasser rüşvətə eyham vurur?

Leyla Yunus: “”Kürü diplomatiyası” adlı hesabat məhz Azərbaycan hakimiyyətinin AŞ PA deputatlarını ələ almağa çalışdığını göstərir”

Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser mətbuata müsahibəsində AŞ PA-nın keçmiş sədri Mövlud Çavuşoğlunun ona qarşı xoşagəlməz münasibətinə toxunub.
Çavuşoğlunun onun hesabatını rədd etməsinə toxunan Ştrasser belə münasibətin arxasında təkcə siyasi deyil, başqa məqamların da dayandığını deyib. Məruzəçi bu məqamların nədən ilarət olduğunu açılaqmasa da, onun korrupsiya faktına eyham vurmasını ehtimal etmək olar. Əslində Ştrasser hansı məqamları nəzərdə tutub?

Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus əlində fakt olmadan konkret halda korrupsiya ilə bağlı danışmağı düzgün hesab etmir. Ancaq Avropanın “Avropa stabillik təşəbbüsü” araşdırma institutunun “Kürü diplomatiyası” adlı hesabatı məhz Azərbaycan hakimiyyətinin AŞ PA deputatlarını ələ almağa çalışdığını göstərir. Artıq bu hamıya aydındır və çox ehtiyatlı almaniyalı diplomat da buna eyham vurur.
Hüquq müdafiəçisi artıq bütün səviyyələrdə bu barədə yazıldığını vurğuladı: “”Haqq və ədalət” təşkilatı iyunun 27-də AŞ binası qarşısında keçirdiyi piket zamanı şüarlarında fransız deputatların pulla alındığını, korrupsiyanın qurbanı olduğunu yazmışdı. Beynəlxalq təşkilat “Kürü diplomatiyası”ndan yazır. Piketdə korrupsiya sözü işlənir. Bakıda həmməruzəçilərə də dedim ki, onlar yəqin bizim hakimiyyətdən mükafat alıblar”.
L.Yunusun sözlərinə görə, hakimiyyətin avropalı deputatları pulla ələ almasını ifşa etməkdə davamı olmalıyıq ki, onlar bizim hakimiyyətdən pul və kürü almağa ehtiyatlansın.

Fizzə