ulduz fali

Günün ulduz falı (30.06.12)

QOÇ
Ətrafdakılar sizi səsləndirdiyiniz ifadələrə görə qınayacaqlar. Ulduzların məsləhətinə görə, bu gün qarşınızda ən ali məqsədlər qoyaraq məsuliyyətlə işə girişməlisiniz. Bu gün valideyn “Qoç”lar övladlarına nümunə olacaqlar.
BUĞA
Nə qədər pozitiv tendensiyalar özünü göstərsə də, gün ümumilikdə uğursuz olacaq. Ətrafdakılarla dil tapa bilməyəcəksiniz, qohumlarla da aranızda fikir ayrılığı baş verəcək. Yaxşı olar ki, bu gün əmlak və maliyyə problemlərini müzakirə etməyəsiniz.
ƏKIZLƏR
Bir sıra anlaşılmazlıqlara baxmayaraq, uğurlu gündür. Ətrafdakıların məsləhəti sizin düşündüyünüz qədər pis olmayacaq. Onların arasından faydalı olanı seçin. Böyük alış-veriş etmək məsləhət deyil, çünki planlaşdırmadığınız məsrəflər olacaq. Hətta bir-birini sevən cütlüklərin belə, pul üstündə mübahisələri düşəcək.
XƏRÇƏNG
Siz özgələrinin işinə müdaxilə edirsiniz, sizə birbaşa aidiyyəti olmayan məsələləri həll etməyə can atırsınız.  Bəlkə də bir tərəfdən bu, ətrafdakılara olan diqqət və qayğıdan irəli gəlir. Amma ulduzlar bildirir ki, bundan heç kim fayda görməyəcək. Ailədə ciddi mübahisələr yaşanacaq.
ŞIR
Ətrafdakılarla yaxşı münasibət saxlamağa çalışsanız da, bu, sizdə alınmayacaq. Günün neqativ təsiri sizin emosional hisslərinizdə özünü göstərəcək. Ev işlərilə sərbəst məşğul olun, hətta yaxınlarınız yardım etmək istəsə belə, imkan verməyin. Təmir işlərinə başlamaq və böyük məbləğli alış-veriş etmək məsləhət görülmür.
QIZ
Ehtimal ki, gəliriniz olacaq. Uzaqdan xoş xəbər alacağınız da gözlənilir. Ancaq yaxşı olar ki, informasiyadan bəhrələnməmişdən əvvəl onu yoxlamağa tənbəllik etməyəsiniz. Evdə mübahisələr yaşanmasın deyə, yumor hissinizi işə salın.
TƏRƏZI
Bu gün o qədər çətinlik yaşayacaqsınız ki, onların öhdəsindən təklikdə gəlmək mümkün olmayacaq. Maliyyə məsələlərini müzakirə edə bilərsiniz. Işgüzar sahədə perspektivli təklif ala bilərsiniz. Ancaq təklifi qəbul etsəniz, gərək ya yaşayış yerinizi, ya da həyat tərzinizi dəyişəsiniz.
ƏQRƏB
Konfliktlər yaradırsınız. Bu da ciddi problemlərə bir işarədir. Həmişəkindən tez yorulacaqsınız deyə, bu gün yorucu, çətin işləri əlinizə almayın. Istirahətə vaxt ayırmağa dəyər – özünüzə yüngül ekskursiya təşkil edin.
OXATAN
Düşünülməmiş riskə gedirsiniz. Bu da xoşagəlməz hadisələrə səbəb olur. Digər neqativ faktor sizin ətrafdakıları idarə etməyə çalışmağınızla bağlıdır. Axşama doğru səhhətinizdə dəyişikliklər olacaq. Belə bir zamanda ehtiyatlı olun.
OĞLAQ
Günün ən xoş anları emosional mənzərənin sabitliyilə əlaqədardır. Onun sayəsində səhərdən axşama qədər əhvalınız yaxşı olacaq. Gün yeni işə başlamaq üçün də münasibdir. Axşam saatlarını dostların, yaxınların əhatəsində keçirsəniz, yaxşıdır.
DOLÇA
Çətin gündür. Bürcün nümayəndələri planlarının bir çoxunun həyata keçməməsilə barışmalı olacaqlar. Çətin işlərin öhdəsindən gələ bilməyəcəksiniz. Sükan arxasında yola çıxmaq məsləhət deyil. Yolda gecikmələr ola bilər, həmçinin avtomobilin yolda xarab olması da istisna deyil.
BALIQLAR
Sizi sevənlərin atdığı addım sizi qane etməyəcək. Fəlsəfi düşüncələrə dalmaq zamanı deyil. Çətin gündür, bir neçə dəfə prinsiplərinizi götür-qoy edəcəksiniz. Konfliktlərdən qaçmaq üçün böyük iradəyə sahib olmalısınız.