Oqtay İsgəndərli: “Onlar Vidadi İsgəndərli və Şahin Həsənlinin həbsxanada qalmasından təəssüfləniblər və bidlirdilər ki, hər iki məhbus Avropa Şurasının ciddi nəzarətindədir”
“Demokratiya və Vətəndaş Cəmiyyətinin İnkişafına Kömək” ictimai birliyin sədri Oqtay İsgəndərli ölkədə fəaliyyət göstərən diplomatık korpus nümayəndələriylə görüş keçirib. Bu barədə “Azadlıq”a məlumatı hüquq müdafiəçisi verib. Onun sözlərinə görə, görüş İngiltərə səfirliyində keçirilib və 3 saatdan artıq davam edib: “Görüşdə mühüm problemlərin müzakirə olunacağını dəyərləndirən ABŞ və Norveç səfirlikləri öz nümayəndələrinin görüşdə iştirakını məqsədə uygun hesab edib. İngiltərə səfirliyinin siyasi işlər üzrə müşaviri Andrev Harver, ABŞ səfirinin siyasi işlər üzrə müşaviri Cef Kirgel, Norveç səfirliyinin siyasi işlər üzrə məsləhətcisi Kristian Lündbi Verde iştirak edirdi. Bundan bqşa Fransa səfirliyinin və ATƏT ninnümayəndələrinin də iştirakı nəzərdə tutulmuşdu. Ancaq görüş zamanı telefon vasitəsi ilə üzrlü səbəbdən iştirak edə bilməyəcəklərin bildirərək növbəti görüşdə iştirak edəcəklərin söylədilər”.
O.İsgəndərli deyir ki, görüşdə Azərbaycanda demokratiya və insan haqlarının, mətbuat və söz azadlıqlarının hazırkı durumu, yaranmış problemlər və səbəbləri geniş müzakirə edilib: “Müzakirələrdə İctimai Palatanın fəallarına, jurnalistlərə, fotoreportyorlara qarşı təzyiqlərin davamlı olması, habelə hüquq müdafiəçilərinin həbsi ciddi bir problem olaraq qalmasından nigarançılığını bidliriblər. Diplomatlarla görüşdə siyasi və vicdan məhbuslarının həbsxana həyatında yaşadıqları problemlərdə diqqətçəkən mövzulardan olub”.
Hüquq müdafiəçisi deyir ki, diplomatlar ölkə başçısının sonuncu əfv fərmanından sonra hüquq müdafiəçisi Vidadi İsgəndərli və AXCP rəyasət heyətinin üzvü Şahin Həsənlinin həbsxanada qalmasından təəssüfləniblər: “Məndən bu iki vicdan məhbusuyla bağlı əlavə məlumatlar aldılar və onlar bildirdilər ki, hər iki məhbus Avropa Şurasının İnsan Haqları Komissiyasının ciddi nəzarətindədir”.
Ramin DEKO